Diqqət! 4 aprel 2024-cü il tarixdən saytın yeni versiyası sheki.org domenində fəaliyyət göstərir. Bu köhnə versiyadır və yenilənməsi məhdudlaşdırılıb. Lakin 6 yanvar 2025-ci il tarixədək bu vəziyyətdə internetdə qalacaqdır...

Hacı Çələbi xan

Şəki Ensiklopediyası səhifəsi
Jump to navigation Jump to search

Nadir şaha qarşı üsyan

Hicri 1156-cı il (25.02.1743–14.02.1744) tarixdə Hacı Çələbinin Şəkidə Nadir şaha qarşı üsyan başlatması barədə Kərim ağa Şəkixanovun yazdıqları o dövrün bir sıra mənbələrində və arxiv materiallarında öz təsdiqini tapır. Lakin Kərim ağa Şəkixanovun yazdığı kimi bu üsyanı Məlik Nəcəfqulu ilə Hacı Çələbi arasındakı ziddiyyətlərin inikası kimi də qəbul etmək olmaz. Belə ki, 1743-cü ildə Türk – İran müharibəsi başlamışdı və bu müharibə 3 il davam etdi, 4 sentyabr 1746-cı il tarixdə Qəzvin yaxınlığındakı Kordan adlı yerdə tərəflər arasında bağlanmış sülh müqaviləsi ilə başa çatdı. Əgər Nadir şahın Osmanlılara qaşı vuruşan öz böyük ordusunu saxlamaq üçün vergiləri artırması yerlərdə üsyanlara səbəb olurdusa, osmanlılar da Nadiri zəiflətmək üçün bu üsyanları müxtəlif yollarla dəstəkləyirdilər.

“Car salnaməsi”ndə göstərilir ki, 1744-cü ilin payızında,

" şəkililər Şirvanla birlikdə Çələbi xan Nuxalının başçılığı ilə onun (Nadir şahın) tabeliyindən çıxmışdılar. Döyüşlər bir aydan çox davam edir. Təhməz (Nadir şah) ordusu ilə Göynüyə gəlir, lakin onun əlinə bir şey keçmir, sonra Nuxanın səngərinə hücum edir. Çox vuruşur, lakin onu ala bilmir. Ancaq Şəkini yandırır. Bəziləri öldürülür, bəziləri əsir alınır, bəziləri qarət olunur, lakin onlar ac olsalar da səngərlərində qalırlar. Bundan sonra Təhməz ordusu ilə Muğana gedir...[1]. "

İstinadlar

Ədəbiyyat

  1. Molla Məhəmməd əl-Cari. Car salnaməsi (tərcümə) // Car salnaməsi / ərəbcədən tərcümə, giriş, şərhlər və qeydlər Sevda Süleymanovanındır. — Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu. — Bakı: Səda, 1997. — Səhifələrin sayı:  146. — Səh.: 45. — ISBN 5-86974-384-9.
  2. Левиатов В.Н Оборона крепости Гелесен-Гересен против Надир шаха (rus.) // Известия Академии Наук Азербайджанской ССР. — Баку, 1948. — С. 95 – 103.
  3. Əhməd Zəki Vəlidi. Azərbaycanın tarixi coğrafiyası. — Bakı: Təhsil, 2009. — 500 nüsx. Arxivləşdirilib; arxivləşdirmə tarixi: 11 iyul 2019.

1 2 3